Həcc ziyarəti üçün zəvvarların sayı 5 milyon nəfərə çatdırılacaq - Səudiyyə Ərəbistanından yeni layihə

Həcc ziyarəti üçün zəvvarların sayı 5 milyon nəfərə çatdırılacaq - Səudiyyə Ərəbistanından yeni layihə

Məkkə şəhərinin və ziyarət məkanlarının genişləndirilməsi və inkişafı planı hazırlanıb. 
 
Maide.Az xəbər verir ki, TRT informasiya portalının yaydığı məlumata görə, bunu müqəddəs Məkkə şəhərinin əmiri Xalid Feysəl mətbuat konfransında deyib. 
 
Onun sözlərinə görə, bu planın 2019-ci ildə icrasına başlanılacaq. 
 
X.Feysəl deyib ki, növbəti həcc mövsümündən ziyarətin təşkilinin bütün mərhələləri müasir texnologiyalarla həyata keçirilməyə başlanacaq. Bunun üçün layihə icra olunacaq. "Yeni texnologiyalardan istifadə layihəsi tam icra olunduqdan sonra hacıların sayı artacaq.  Layihəyə əsasən 2030-cu ilədək hacıların sayı 5 milyon nəfərə çatdırılacaq".
 
Qeyd edək ki, hazırda  Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına 1 milyon yarımdan çox  zəvvarlar gedir. 
 
 

Google+ WhatsApp ok.ru