Həccə gedənlər sabah qayıdır

Həccə gedənlər sabah qayıdır

 Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu sabah vətənə dönürlər. 
 
Maide.Az bildirir ki, bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
 
Zəvvarların digər qrupları isə sentyabrın 4-ə qədər Azərbaycana qayıdacaq. Zəvvarlar 8 təyyarə ilə avqustun 11-dən 15-ə qədər Həcc ziyarətinə yola düşüblər.
 
Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərin sənədləri qəbul edilib.
 
Zəvvarlardan 30-a yaxını təkrar ziyarət edənlərdir.
 
Həcc ziyarətinin qiyməti isə 4150 dollar təşkil edir. Səudiyyə Ərəbistanı qanunlarına əsasən, son 4 il ərzində ardıcıl ziyarətə gedənlər əlavə 535 dollar ödəməlidir. Yəni, əgər bir şəxs son 4 ildə hər il Həcc ziyarətinə gedibsə və bu il də gedirsə, əlavə məbləğ ödəməlidir.
 

Google+ WhatsApp ok.ru