Həbs yerləri ilə bağlı qaydalar dəyişdi

Həbs yerləri ilə bağlı qaydalar dəyişdi

Nazirlər Kabinetinin “Həbs yerlərinin daxili intizam Qaydalarının təsdiq edilməsi barədə” qərarına dəyişiklik edilib.
 
“İstintaq təcridxanalarının daxili intizam Qaydaları”nın 21.3-cü bəndinin ikinci cümləsində “artırılması” sözü “uzadılması” sözü ilə əvəz edilib. 
 
Həmin qərarla təsdiq edilmiş “Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları” üzrə: 2.1. 13.3.2-ci yarımbəndə “başa çatdıqda” sözlərindən sonra “və həbsdə saxlamanın son müddəti Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 159.8-159.10-cu maddələrində nəzərdə tutulmuş qaydada uzadılmadıqda” sözləri əlavə edilib.
 
2.2. aşağıdakı məzmunda 13.3.2-1-ci yarımbənd əlavə edilib: 
 
“13.3.2-1. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 159.8- 159.10-cu maddələrində nəzərdə tutulmuş qaydada uzadılmış həbsdə saxlanılma müddəti başa çatdıqda. 
 

Google+ WhatsApp ok.ru