Həcc ziyarəti çox önəmli siyasi mesajdır - Ayətullah Xamenei - FOTO

Həcc ziyarəti çox önəmli siyasi mesajdır - Ayətullah Xamenei - FOTO

-- İslami firqələrlə qardaşcasına bir mühitdə yaşamaq bunun tərkib hissəsidir

“Müxtəlif ölkələr öz tarixi əsərlərini diqqətlə qoruduqları, hətta bəzi vaxtlarda öz tarix və keçmişlərini dolğun göstərmək üçün saxta əsərlər yaratdıqları bir vaxtda  Məkkə və Mədinədə  çoxlu İslami əsərlər dağıdılıb”. 
 
Maide.Az “leader.ir saytına istinadla xəbər verir ki, bunu Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei Həcc təşkilatının məsul şəxslərini qəbul edib.  
 
Ayətullah Xamenei bildirib ki, Allah Taalanın Həcc əməlini yerinə yetirmək üçün bir məkan və zamanda toplaşmaq üçün buyruğu çox önəmli siyasi mesajdır.  “Müsəlmanlar arasında  əlaqələrin  möhkəmləndirilməsi və  İslam ümmətinin  gücünün göstərilməsi bunun bariz nümunəsidir. Həcc zamanı  İslam ümməti  ilə  əlaqələrin qurulmasını,  İslam İnqilabının mesajının  zəvvarlara çatdırılması və  onlarda olan şübhələri aradan qaldırmaq,  İran ilə  digər İslam ölkələri arasında  əlaqələrin inkişafı üçün zəmin yaratmaq,   İslami firqələrlə qardaşcasına  bir mühitdə yaşamaq  Həccin siyasi mesajlarının digər nümunələridir.”
 
Həccin  çox önəmli mənəvi  aspekti də olduğunu diqqətə çatdıran Ayətullah Xamenei  Səudiyyə dövlətinin  Kumeyl duasının keçirilməsini əngəlləməsindən danışıb və qeyd edib ki, bu kimi qadağa və maneələri təşəbbüslərlə çalışıb həll etmək lazımdır. “İslami məqsədlər və həqiqətlərin çatdırılması üçün  proqram hazırlanmalı və icra olunmalıdır.”
 
Ali Rəhbər həmçinin Peyğəmbər Əkrəm (s), Əmirəlmöminin (ə), xəlifələr və İslamin  əvvəlindəki mücahidələrə aid  İslami əsərlərin  həcc ərazini inkişaf etdirmək bəhanəsi ilə dağıdılmasını tənqid edib.  “Müxtəlif ölkələr öz tarixi əsərlərini diqqətlə qoruduqları, hətta bəzi vaxtlarda öz tarix və keçmişlərini dolğun göstərmək üçün saxta əsərlər yaratdıqları bir vaxtda  Məkkə və Mədinədə  çoxlu İslami əsərlər dağıdılıb”. 
 
Ayətullah Xamenei Həcc və Ziyarət Təşkilatının və aidiyyatı digər qurumların  digər İslam ölkələrinin aidiyyatı qurumları ilə  əlaqə yaradıb Məkkə və Mədinədə İslami əsərlərin dağıdılmasının qarşısının alınması üçün səy göstərilməsini istəyib. 
 
Ali Rəhbər Həcc Təşkilatının məsul şəxsərinə  yeni texnologiyalardan, xüsusilə sosial  vasiətlərdən  istifadə etməklə digər ölkələrin  zəvvarları ilə  əlaqələr qurmaq, onlarla əməkdaşlığı artırmağı tövsiyə edib.
 
 

Google+ WhatsApp ok.ru