HƏMAS Mahmud Abbasa çağırış edib: Sanksiyaları dayandır!

HƏMAS Mahmud Abbasa çağırış edib: Sanksiyaları dayandır!

HƏMAS siyasi bürosunun üzvü Musa Əbu Mərzuq dünən Fələstin Hökumətinin prezidenti Mahmud Abbası Qəzza zolağına qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməyə çağırıb.
 
Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, öz "Twitter"-dəki hesabından çağırış səsləndirən Əbu Mərzuq Fələstin rəhbərliyini HƏMAS-la "Fəth" arasında əldə edilmiş razılaşmaların ruhuna sadiq qalmağa çağırıb.
 
HƏMAS rəsmisi Qəzzada fələstinlilərin girov götürülməsi və HƏMAS tərəfindən əsrin müqaviləsinin (Trampın layihəsi) tanınması ilə bağlı Mahmud Abbasın ittihamlarını rədd edib. "Bəs siz niyə əksini edərək elektrik böhranını, içməli su və əməkhaqqı promlemlərini həll etmirsiniz?", - deyə Əbu Mərzuq sosial şəbəkədə qeyd edib.
 
Bildirək ki, Fələstin Hökumətinin prezidenti Mahmud Abbas 2017-ci ilin aprel ayında Qəzza zolağındakı fələstinlilərə qarşı cəzalandırıcı sanksiyalar tətbiq edib. Bu məqsədlə Qəzzadakı dövlət qulluqçularının və inzibati sahələrdə çalışanların əməkhaqları 50-70 faiz azaldılıb, minlərlə işçi erkən təqaüdə göndərilib, səhiyyə və elekrik enerjisi ilə bağlı xərclər azaldılıb.
 

Google+ WhatsApp ok.ru