HƏMAS İsrail hərbçilərinə məxsus avtobusun vurulma görüntülərini yayımladı – Video

HƏMAS İsrail hərbçilərinə məxsus avtobusun vurulma görüntülərini yayımladı – Video

Ötən gün Fələstinin “İzzəddin əl-Qəssam” birqadası Qəzza zolağının şimalında yerləşən Cəbəliyə məntəqəsində İsrail rejimi orudusuna məxsus avtobusu “Kornet” raket sistemi ilə vurub. Fələstinlilər əməliyyatın görüntülərini özlərinə məxsus sosial şəbəkə hesablarında yayımlayıb.

İsrail tərəfi avtobusun vurulması zamanı bir hərbçinin yaralandığını iddia edir, Fələstin tərəfi isə avtobusda hərbçilərin olduğunu və hamısının öldüyünü deyir. 

 Xatırladaq ki, Qəzza zolağında gərginlik 2 gün öncə İsrail xüsusi təyinatlılarının Xan Yunis rayonunun 3 km dərinliyində “İzzədin əl-Qəssam” birqadasının komandirlərinə qarşı sui-qəsd törətməsindən sonra artıb. Belə ki, bu əməliyyat nəticəsində 7 fələstinli həlak olub. İsrail tərəfi bu əməliyyatda bir polkovnik-leytenantını itirib, bir hərbçisi isə əsir düşüb./eastnews.org/

Google+ WhatsApp ok.ru