Həmas: Əgər Netanyahu hücumları dayandırmağımızı istəyirsə... 13 Noyabr 2018 16:30 Fələstin Həmas: Əgər Netanyahu hücumları dayandırmağımızı istəyirsə... Əgər işğalçı İsrail rejim başçısı Bİnyamin Netanyahu müqavimətin hücumlarının dayandırılmasını istəyirsə, müdafiə naziri Aviqdor Libermanı dərhal vəzifəsindən azad etməlidir. Maide.Az FIA -a istinadən xəbər verir ki, bunu Fələstin İslami Müqavimət Hərəkatı - Həmasın üzvi Hisam Bədram bu gün jurnalistlərə veridyi açıqlamada deyib. Onun sözlərinə görə, mövcud qarşıdurmanın əsas səbəbkarı işğalçı rejimin müdafiə naziridir. “Libermanın axmaqlığı hər iki tərəfin itgilər verməsinə və münaqişənin dərinləşməsinə səbəb olur. Yalnız libermanın işdən azad edildiksən sonra iki tərəfli danışıqlar haqqında düşünmək olar." Qeyd edək ki, bir neçə gün öncə sionist xüsusi təyinatlıları “Həmas”ın İzzətdin Əl-Qəssam qolunun komandirlərindən olan Bərəkət Nuru əsir götürmək üçün əməliyyat keçirmişdi. Nəticədə Bərəkət Nur şəhid olmuş, sağ ələ keçməmişdi. Əvəzində bir sionist xüsusi təyinatlısı “Həmas” tərəfindən əsir götürülmüşdü. İşğalçı rejim hava, dəniz və qurudan Qəzzanı bombalayır. Fələstin qüvvələri bu hücumlara cavab olaraq işğal edilmiş ərazilərə 400-ə yaxın raket atıb. Teqlər : #Həmas:,#Əgər,#Netanyahu,#hücumları,#dayandırmağımızı,#istəyirsə..., Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İllərdir hər tərəfdən blokadada saxlanılan Qəzza xalqını bombalamaq... Türkiyədə İsrail əlehyinə aksiya keçirilib - FOTO
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar