HƏMAS: Libermanın istefası İsrailin məğlubiyyətinin etirafıdır

HƏMAS: Libermanın istefası İsrailin məğlubiyyətinin etirafıdır

Fələstin İslami Müqavimət Təşkilatı HƏMAS  işğalçı İsrail rejiminin müdafiə naziri Aviqdor Libermanın istefasına münasibət bildirib.
 
Maide.Az virtualaz.org-a istinadən bildirir ki, HƏMAS-ın nümayəndəsi Əbu Zuhri məsələ ilə bağlı bəyanat yayıb.
 
O bildirib ki, Libermanın istefası İsrailin məğlubiyyətinin etirafıdır.
 
“Libermanın istefası İsrailin məğlubiyyətinin və Fələstinin müqavimətinə qarşı çıxa bilməmələrinin etirafıdır”, – deyə Zuhri vurğulayıb.
 
“SAFA” agentliyi isə əlavə edib ki, Libermanın istefası həm də Qəzzanın siyasi qələbəsidir.
 
Xatırladaq ki, işğalçı İsrail rejiminin müdafiə naziri Aviqdor Liberman bu günlərdə Qəzza zonasında İsrail ordusu ilə “Həmas” arasında baş verən irimiqyaslı toqquşmadan sonra dünən Misirin vasitəçiliyi ilə HƏMAS-la atəşkəs barədə əldə olunan razılığa etiraz olaraq vəzifəsindən istefa verib.

Google+ WhatsApp ok.ru