HƏMAS rəsmisi: Böhranın yeganə həll yolu birlik hökuməti və yeni seçkilərdir

HƏMAS rəsmisi: Böhranın yeganə həll yolu birlik hökuməti və yeni seçkilərdir

HƏMAS-ın siyasi bürosunun üzvü Xəlil əl-Həyya bəyan edib ki, hazırda Fələstində mövcud olan daxili milli böhranın yeganə həll yolu milli birlik hökumətinin qurulması, eləcə də prezident, qanunverici və milli şuralara yeni seçkilərinin keçirilməsidir. Maide.Az "Felestin.info"a istinadla xəbər verir ki, "Fəth" və HƏMAS arasındakı siyasi gərginliyə son qoyulmasının yolları barədə danışan əl-Həyya Fələstin Azadlıq Təşkilatının (FAT) idarəçilik strukturunun dəyişilməli olduğunu vurğulayıb. İordan çayının qərb sahilində Prezident Mahmud Abbas tərəfindən təsis edilmiş konstitusiya məhkəməsini qanunsuz adlandıran HƏMAS rəsmisi bəyan edib ki, təmsil etdiyi hərəkat bu məhkəmənin legitimliyini heç vaxt qəbul etməyəcək. O vurğulayıb ki, bu səlahiyyəti yenə də Fələstin Qanunverici Şurası (FQŞ) həyata keçirməlidir. Xəlil Həyya Fələstin Hökumətinə tabe təhlükəsizlik qüvvələri tərəfindən FQŞ spikeri Əziz Duveykin və bir neçə digər deputatın həbsini və onlara qarşı nalayiq rəftarı tənqid edib. Bildirək ki, dünən Fələstin Qanunverici Şurasının spikeri və bir qrup üzvləri mətbuat konfransı keçirmək üçün Şuranın Rəmallahda yerləşən iqamətgahına getmək istəyərkən Fələstin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıblar. Qeyd edək ki, ötən şənbə günü Fələstin lideri Mahmud Abbas bəyan edib ki, onun 2016-cı ildə təsis etdiyi konstitusiya məhkəməsi FQŞ-nin ləğvi və altı ay ərzində yeni parlament seçkiləri keçirilməsi barədə qərar qəbul edib. FQŞ spikeri Əziz Duveyk isə Abbas tərəfindən şuranın ləğvinə etiraz etmək məqsədilə mətbuata açıqlama verməyə hazırlaşırmış.

Google+ WhatsApp ok.ru