Həkim: Şəkərli diabetin qarşısını almaq mümkündür

Həkim: Şəkərli diabetin qarşısını almaq mümkündür

Azərbaycanda 250 mindən çox şəkərli diabet xəstəsi var.

Azərbaycanda 250 mindən çox şəkərli diabet xəstəsi var. 
 
Maide.Az bildiri ki, bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Diabet Liqasının (ADL) sədri, Respublika Endokrinoloji Mərkəzinin həkimi Yeganə Sultanova deyib.
 
Yeganə Sultanova bildirib ki, xəstələrin sayının artması təbii olaraq baş verir: “Diabet xəstələrinin sayında artımın müşahifə olunması tendensiyası bütün dünyada var. Burada ən çox üstünlük təşkil edənlər II tip diabet xəstələridir. Bu ümumi xəstələrin sayının 85-90 faizini təşkil edir. Bu tip xəstəliyin xüsusiyyəti ondan ibarətdir ki, həm genetik, həm də həyat tərzinin bilavasitə təsiri var.
 
Statistikalar göstərir ki, düzgün həyat tərzi sürülərsə və qidalanmaya diqqət edilərsə 70 faizə qdər II tip diabetlərin  qarşısını almaq olur.
 
Ona görə də proflaktikaya önəm verilməlidir. Ölkəmizdə də bu sahədə ciddi işlər görülür. Şəkərli diabetli insalara təlimlər keçilir”.
 
 

Google+ WhatsApp ok.ru