Həkim: Azərbaycanda uşaqlarda ən çox inkişaf qüsurlarına rast gəlinir

Həkim: Azərbaycanda uşaqlarda ən çox inkişaf qüsurlarına rast gəlinir

"Azərbaycanda uşaqlarda ən çox inkişaf qüsurlarına rast gəlinir. Bu hal patologiyaların 80 faizini təşkil edir".
 
"Report" xəbər verir ki, bunu Tibb Universitetinin Uşaq cərahiyyəsi kafedrasının müdiri Ramiz Poluxov deyib.
 
O bildirib ki, buna xüsusi diqqət yetirilir: "Yeni texnologiyaların tətbiqi ilə bütün uşaqlarda endoskopik əməliyyatları icra edə bilirik. Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında uşaqların qısa müddətdə reabilitasiyası üçün bütün şərait mövcuddur".

Google+ WhatsApp ok.ru