Hər 5 yəmənlidən 4 nəfərinin yardıma ehtiyacı var

Hər 5 yəmənlidən 4 nəfərinin yardıma ehtiyacı var

BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) humanitar yardım üzrə Avropa komissarlığı elan etdi: Yəməndə insani böhran ən kəskin həddə çatıb. Hər beş yəmənlidən dörd nəfərinin humanitar yardıma ehtiyacı var.
 
Maide.Az "İQNA"a istinadla xəbər verir ki, Kristos Staylianidis - BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) humanitar yardım üzrə Avropa komissarlığı və böhranların idarə edilməsi məsulu bəyaniyyə yayaraq deyib: Yəmən dünyanın ən pis insani böhranına düçar olub. Bu ölkədə hər beş nəfərdən dörd nəfəri ciddi humanitar yardıma möhtacdır.
 
O vurğulayıb: Aclıq milyonlarla yəmənlini təhdid edir. Yəmən xalqına humanitar yardımların göstərilməsi bu böhranın həlli üçün kifayət etmir, məsələ siyasi baxımdan da öz həllini tapmalıdır.
 
BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) humanitar yardım üzrə Avropa komissarlığı və böhranların idarə edilməsi məsulu əlavə edib: Humanitar təşkilatların Yəmən xalqına yardım etməsinə heç bir maneə yaradılmamalıdır və bu təşkilatlar bütün ehtiyaclılara kömək göstərməlidir. Bunun üçün də tərəflər İsveç müzakirələrində əldə edilmiş anlaşmaların şərtlərinə əməl etməlidirlər.
 
Qeyd edək ki, artıq 5 ildən çoxdur ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb.  Birləşmiş Ştatlarla yanaşı Britaniya və Fransa da  bu təcavüzdə Səudiyyə Ərəbistanının tərəfindədir.
 
2015-ci ildən Yəmənə qarşı amansız hücumlar və təcavüz nəticəsində 10 minədək adam öldürülüb, 14 milyon yəmənli aclıq həddindədir.
 
Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır. Hazırda 21 milyon əhalisi olan Yəmənin 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır. Hazırda Yəməndə xalqın böyük dəstək verdiyi Ənsarullah Hərəkatı hakimiyyətdədir və Səud koalisiyasına qarşı mübarizə aparırlar.
 

 

Google+ WhatsApp ok.ru