Həzrət Əbülfəzl Abbasın (ə) hərəmində Şəbaniyyə mövludlarına hazırlıq - FOTO

Həzrət Əbülfəzl Abbasın (ə) hərəmində Şəbaniyyə mövludlarına hazırlıq - FOTO

Mubarək şaban ayı Ali Məhəmmədin (ə) şadlandığı günlərlə dolu bir aydır.
 
Maide.Az "Deyerler.org"-a istinadən xəbər verir ki, "Mövludlar ayı" kimi adlandırılan şaban ayının 3-ü İmam Hüseynin (ə), 4-ü Həzrət Əbülfəzl Abbasın (ə), 5-i İmam Zeynul Abidinin (ə), 11-i Həzrət Əli Əkbərin (ə) və 15-i İmam Məhdi Sahibəz-Zamanın (ə.f) mübarək mövlud günləridir.
 
Artıq Həzrət Əbülfəzl Abbasın (ə) mütəhhər hərəmində Şəbaniyyə mövludları münasibətlə bayram hazırlıqlarına başlanılıb. Bu çərçivədə Həzrət Əbülfəzl Abbasın (ə) qızıl zərihi təbii çiçəklər və güllərdən ibarət çələnglərlə bəzənib. Bununla mubarək mövludların sevincini yaşayan Əhli-Beyt (ə) sevdalılarının gözlərində də bayram yaşadan bir iş görülüb.
 
Həzrət Əbülfəzl Abbasın (ə) hərəminin qübbəsinin qarşısında İmam Hüseynin (ə) adı qeyd olunan bayraqlar və rəngli işıqlar asılıb. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru