Hər bir insanın verməli olduğu 7 ANALİZ

Hər bir insanın verməli olduğu 7 ANALİZ

İnsan hansı sağlamlıq problemlərinin olduğunu bilmək üçün müəyyən analizlər vermək  ən yaxşı  yoldur.  
 
Hər bir insanın verməli olduğu analizlər aşağıdakılardır:
 
Ürək-damar sistemi xəstəlikləri  
 
Analiz: qanın ümumi və biokimyəvi analizi. 
 
Vaxtı: ildə 2 dəfə 
 
Vacib göstəricilər: qanda xolesterinin səviyyəsi yüksək olduqda ateroskleroz və işemik ürək xəstəliklərinin yaranmasından xəbər verir. 
 
Tromboz 
 
Analiz: koaquloqramma.  Bu analiz qanın qatılığı, laxtalanması, qanaxma və tromb əmələ gəlməsi barədə bir sıra məlumatlar verir.  
 
Vaxtı: ildə 1 dəfə 
 
Şəkərli diabet 
 
Analiz: barmaqdan şəkərin ölçülməsi  üçün qan analizi.
 
Vaxtı: ildə 2 dəfə 
 
Vacib göstəricilər: Qanda qlükozanın norması  3,3-5,5 mmol/l olmalıdır. 
 
Onkologiya 
 
Analiz: Xərçəngin erkən mərhələdə müəyyən edilməsi üçün bir neçə test mövcuddur. 
 
Vaxtı: 40 yaşdan sonra 2 ildən bir onkoloji analiz vermək lazımdır. 
 
Düz bağırsağın xərçəngi  
 
Analiz: nəcisin analizi  
 
Vacib göstəricilər: Nəcisdə qan aşkarlanması mədə-bağırsaq traktında müşahidə edilən onkoloji xəstəlik nəticəsində baş verən gizli qanaxmadan xəbər verir. 
 
Uşaqlıq ağzının xərçəngi  
 
Analiz: uşaqlığın sitoloji yaxması.
 
Bu analiz ginekoloji müayinə zamanı götürülür. Uşaqlıq ağzında yerləşən selikli qişada baş verən dəyişiklikləri aşkarlamağa imkan verir. 
 
Leykoz (qan xərçəngi)
 
Analiz: qanın ümumi analizi 
 
Vacib göstəricilər: Leykoz zamanı limfositlərin sayı azalır. Trombositlərin səviyyəsi isə aşağı düşür./Medicina.az /
 

Google+ WhatsApp ok.ru