Həmrəylik Marafonu pozulub

Həmrəylik Marafonu pozulub

İyunun 28-də Müsavat partiyasının qərərgahında "Repressiya və İşgəncələr Əleyhinə Komitəsinin" təşkilatçılığı ilə keçən ilin sonunda bu vaxta qədər müxtəlif aksiyalarda cərimələnənmiş ictimai və siyasi fəalların cərimələrinin dəstək məqsədilə planlaşdırılmış Həmrəylik Marafonu keçirilməyə imkan verilməyib.
 
Komitənin üzvü Oqtay Gülalıyevin sözlərinə görə, qərərgaha daxil olan Binəqədi rayon polis əməkdaşları orada toplaşan insanlar binanı tərk etməyi tələb etdilər.
 
"Biz qərərgahı tərk etməyi məcbur olduq. Marafon pozuldu", - deyə Gülalıyev bldirdi.
 
İyunun 28-də "Repressiya və İşgəncələr Əleyhinə Komitəsinin" təşkilatçılığı ilə təşkil olunmuş Həmrəylik Marafonuna qatılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli mülki geyimli şəxslər tərəfindən saxlanıldı. 
 
Qeyd edək ki, Əli Kərimli Binəqədi rayon Polis İdarəsində xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. /contact.az /
 

 

Google+ WhatsApp ok.ru