Həzrəti Məsumənin (s.ə) mövludu münasibətilə minlərlə zəvvar  İmam Rzanın (ə)  hərəminə çiçəklərlərlə yürüş edib

Həzrəti Məsumənin (s.ə) mövludu münasibətilə minlərlə zəvvar İmam Rzanın (ə)  hərəminə çiçəklərlərlə yürüş edib

Xəbər verdiyimiz kimi, bu gün Həzrət Məsumə (s.ə) xanımın mövludu ilə (zilqədə 1) Kəramət günləri başlayır. Bu günlər İmam Rzanın mövluduna (zilqədə 11) qədər davam edir.

Maide.Az xəbər verir ki, İranın Məşhəd şəhərində yerləşən İmam Rzanın (ə) mübarək hərəmi bacısı Həzrəti Məsumənin (s.ə) mübarək mövludu münasibətilə bəzədilib.

Əhli-Beytin (s.ə) kəriməsinin mövludu günündə zəvvarlar bu gün səhər tezdən yerli vaxtla saat 08:00-da İmam Rzanın (ə) hərəminə çiçəklərlə gəlib.
Məşhədin  Şühəda meydanında minlərlə yerli və  dünyanın müxtəlif ölkələrindən Məşhədə ziyarətə gəlmiş  xanımlar əllərində gül İmam Rzanın (ə ) hərəminə tərəf yürüş edib. Bu çiçəklər qardaşına qovuşa bilməyən Xanımı (s.ə) simvolizə edir.

İmam Rzanın (ə) hərəmində xanımın mövludu ilə bağlı dünən gecədən etibarən bir-birinin ardınca mövlud tədbirləri, mərasimləri və şənliklər keçirilir. İmam Rzanın (ə) mübarək hərəmində əcnəbi zəvvarlar üçün də xüsusi mövlud mərasimlərinin keçirilməsi nəzərdə tutulub.

 

Həzrəti Məsumənin (s.ə) mövludu münasibətilə hərəm gül çələngləri və rəngli işıqlarla bəzədilib.

Google+ WhatsApp ok.ru