Həftənin birinci gününə olan hava proqnozu açıqlanıb

Həftənin birinci gününə olan hava proqnozu açıqlanıb

Azərbaycanda iyulun 29-də gözlənilən hava şəraiti açıqlanıb.
 
Maide.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.
 
Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu Abşeronda gecə 22-25° isti, gündüz 30-34° isti, Bakıda gecə 22-24° isti, gündüz 31-33° isti təşkil edəcək.
 
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 45-55% olacaq.
 
Abşeron çimərliklərinə gəldikcə, şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.
 
Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti, Cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında iyulun 29-də gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti, dağlarda gecə 12-17° isti, gündüz 19-24° isti təşkil edəcək.
 

Google+ WhatsApp ok.ru