Həsən Ruhani: Cavad Zərifin verdiyi müsahibələr Ağ Evin sütunlarını silkələyir

Həsən Ruhani: Cavad Zərifin verdiyi müsahibələr Ağ Evin sütunlarını silkələyir

ABŞ-ın Cavad Zərifə sanksiya tətbiqinə münasibət

İran Prezidenti Həsən Ruhani ABŞ-ın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifə qarşı sanksiya tətbiq etməsinə münasibət bildirib. 
 
APA-nın Tehran bürosunun məlumatına görə, Təbrizdə səfərdə olan H. Ruhani bildirib ki, hər gün İranla qeyd-şərtsiz müzakirəyə hazır olduqlarını bəyan edənlər Cavad Zərifə sanksiya tətbiq edir. 
 
İran Prezidentinin sözlərinə görə, məlum qərar düşmənlərin nə qədər aciz duruma düşdüyünü göstərir.
 
H. Ruhani qeyd edib ki, Məhəmməd Cavad Zərifin verdiyi müsahibələr Ağ Evin sütunlarını silkələyir: “İranın Ali Lideri, Prezidenti və Xarici İşlər naziri öz gücünü xalqdan alır”.
 
Qeyd edək ki, ABŞ İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifə qarşı sanksiya tətbiq edib. Ağ Ev rəsmisinin dediyinə görə, Cavad Zərif İranın beynəlxalq ictimaiyyət qarşısındakı simasıdır və o, Tehranın nüvə proqramına dəstək, ballistik raket yaradılması və terror şəbəkələri üçün təbliğat və dezinformasiya aparılmasında öndə durur. 

Google+ WhatsApp ok.ru