Həbs olunan gəncəlilərin qohumları etiraz edirlər

Həbs olunan gəncəlilərin qohumları etiraz edirlər

"Gəncə işi" üzrə həbs olunanların qohumları çərşənbə günü Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin qarşısında aksiya keçiriblər.

Onlar yaxınlarının barəsində cinayət işlərinin dayandırılmasını və işgəncə faktlarının araşdırılmasını tələb ediblər.

Aksiya iştirakçıları əmindirlərki, onların qohumlarına qarşı ittihamlar saxtalaşdırılıb. Məqsəd Gəncə hadisələrinə əlbirlik xarakteri verməkdir.

Baş Prokurorluqda etirazçıların nümayəndələrini qəbul ediblər.

Google+ WhatsApp ok.ru