Həzm pozulması hansı xəstəliklərdən xəbər verir?

Həzm pozulması hansı xəstəliklərdən xəbər verir?

Yeməkdən sonra mədədə ağırlıq hissi praktiki olaraq hər müasir insana tanışdır, çox insanlar isə yanaşı olaraq tez-tez ağrı, köp, qarında qurultu, köpün yaranması, qəbizlik və ya ishal kimi başqa xoşagəlməz simptomlarla rastlaşır. Bu vəziyyətlər getdikcə artaraq iştahanın itməsinə, ümumi zəifliyə gətirib çıxardır. Belə halları həkimlər dispepsiya adlandırırlar. Əvvəllər buna “mədə həzmsizliyi” də deyilirdi. Dispepsiya - bir sıra xəstəliklərdən xəbər verir.

Həzm pozulmasının simptomları. Həzm pozulması zamanlı köp, gəyirmə, döş qəfəsinin aşağı hissəsində daimi ağırlıq hissi, mədənin boş olmasına baxmayaraq mədədə ağırlıq hissi, qıcqırma, qarında sancı, göynəmə kimi əlamətlər həm ayrılıqda, həm də kompleks şəkildə müşahidə olunur.

Həzm pozulması ilə bağlı xəstəliklər. 80%-dən çox insan daimi və ya periodik olaraq həzm pozulması ilə rastlaşır. Qidalanma və həyat tərzi burda vacib faktor hesab edilir. Amma həzm pozulmasını törədən ciddi xəstəliklər də az deyil. Bunlara – mədəaltı vəzinin iltihabı olan pankreatit, qida borusunun diskineziyası, xora xəstəliyi, mədə-bağırsaq yolunda aparılan əməliyyatlar, öd daşı xəstəliyi, lyamblioz, nazik bağırsağın iltihabi xəstəlikləri, qlüten və laktoza dözümsüzlüyü, mukovissidoz (ağır patologiya olub xüsusi fermentlərin olmaması nəticəsində bağırsaq keçməməzliyinə gətirib çıxardır), onkoloji xəstəliklər, mədə sekresiyasının pozulması aiddir. Həzm pozulması zamanı ferment preparatlarının qəbulu vacibdir, belə ki, dispepsiya həzm fermentlərinin kəskin çatışmazlığı zamanı baş verir. Paralel olaraq həzm pozulmasını törədən xəstəliyi də müalicə etmək lazımdır.

Qidalanma qaydaları. Yalnız təzə qidalar, bişməmiş tərəvəzlərdən istifadə olunduqda həzm prosesi qaydasında olacaq. Zəngin və tam balanslaşdırılmış qidalardan istifadə etmək lazımdır. Qida məhsullarını çeşidli, monopəhrizdən qaçmaq lazımdır. Mövsümə uyğun qidalanmaq zəruridir: isti vaxtlarda meyvə və tərəvəzlər, soyuqda isə daha çox zülal və yağ tərkibli qidalara üstünlük vermək. Yeməyi tam çeynəyərək, mədəni tam doldurmamaq. Düzgün balanslaşdırılmış qidalanma nəinki sağlam həzm traktına, həm də sağlam orqanizmə sahib olmağın effektiv yoludur. /www.aptekonline.az

Google+ WhatsApp ok.ru