Həkim orqanizmdə D vitamini çatışmazlığının əsas əlamətlərini sadalayıb

Həkim orqanizmdə D vitamini çatışmazlığının əsas əlamətlərini sadalayıb

Boston Universiteti Tibb Mərkəzinin professoru Maykl Holika orqanizmdə D vitamini çatışmazlığının əsas əlamətlərini sadalyıb.
 
Maide.Az xəbər verir ki, Focus jurnalının məlumatına görə, Alimin fikrincə, çatışmazlıq əzələlərdə və sümüklərdə ağrı və səhər oynaqların hərəkətsizliyi ilə xarakterizə olunur.
 
Digər əlamətlər arasında çəki artımı, bağırsaqlarda ağrı, depresiya və başın tərləməsidir.
 
Holika qeyd edib ki, qış aylarında vitamin çatışmazlığı xüsusilə müşahidə olunur. Bu da ikinci tip diabet, osteoporoz və yüksək təzyiq riskini artırır.
 
D vitamini çatışmazlığını kompensasiya etmək üçün mütəxəssis ilin bu vaxtında gündə ən azı 10-15 dəqiqə günəşdə olmağı məsləhət görür.

Google+ WhatsApp ok.ru