Hər bir insan öz ömrünü 10 ilə qədər uzada bilər- Yeni araşdırma

Hər bir insan öz ömrünü 10 ilə qədər uzada bilər- Yeni araşdırma

Harvard və Amsterdam Universitetlərinin alimləri araşdırmalar nəticəsində belə qənaətə gəliblər ki, hər bir insan öz ömrünü 10 ilə qədər uzada bilər.
 
Maide.Az "RİA novosti"ə istinadla xəbr verir ki, bunun üçün  faydalı vərdişlərə sahiblənməli, o cümlədən müntəzəm olaraq idman etməlidir.
 
Mütəxəssislərin araşdırmalarının nəticələri  “ British Medical Journal”da dərc edilib. 
 
Araşdırmalar üçün 50 yaşına çatmış və heç bir xəstəliyi olmayan 100 mindən çox insanın üzərində 20 ildən artıq bir müddətdə elmi təcrübə aparılmışdır.
 
Alimlər xüsusi diqqət yetiriblər ki görsünlər, iştirakçıların hansında ürək damar xəstəlikləri, xərçəng, diabetik şəkər xəstəliyi əmələ gəlib, hansı yaşda narahatlıqları başlayıb və neçə il ömür sürüb.
 
Nəticədə 5 əsas risk faktoru müəyyənləşdiriblər: siqaret çəkmək, alkoqollu içkilər, çox yağlı və şəkərli yeməklər, artıq çəki və fiziki fəallığın aşağı olması. 
 
Bu 5 faktora əsasən alimlər aydınlaşdırıblar ki 50 yaşdan sonra insan neçə il əlavə yaşamağa ümid edə bilər.  Bunu üçün bir neçə faydalı vərdişə sahib olmalıdır:-fiziki aktivlik, faydalı və təbii qidalanma, siqaretdən və spirtli içkilərdən tamam imtina, artıq çəkini qarsşısını almağa çalışmaq.
 
O qadınlar ki, 4-5 faydalı vərdişə sahib olublar, orta hesabla 84-85 il yaşayıblar.  Kişilər üçün bu göstərici 81,1 olub.

Google+ WhatsApp ok.ru