HƏMAS işğalçı İsrail rejiminin Qəzzaya hücum edən təyyarəsini raketlərlə vurub

HƏMAS işğalçı İsrail rejiminin Qəzzaya hücum edən təyyarəsini raketlərlə vurub

İsrail rejiminin döyüş təyyarələri Qəzzanın şimalında, HƏMAS-ın hərbi qanadı olan İzzəddin Əl-Qəssam Briqadasına aid bir yerli raketlərlə vurub.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, Fələstin müqavimət qüvvələri Qəzzanı bombalayan İsrail rejimi təyyarələrdən birini zenit raketlərlə vurarak zədələdiyi bildirilib.
 
Zədələnən sionist təyyarəsinin Esdud qəsəbəsindəki dəniz bazasına təcili eniş etdiyi qeyd olunub.
 
Digər tərəfdən, İsrail rejiminin ordusu açıqlama verərək, Qəzzadan İsrail rejimi tərəfinə 4 raket atıldığını, atılan raketlərdən 2-sinin havada məhv edildiyini bildirib.
 
Qəzzadan atıldığı qeyd edilən raketlərin məsuliyyətini hələ üzərinə götürən olmayıb.
 
Xatırladaq ki, ötən gün İsrail rejimi döyüş təyyarələrinin Qəzzada hədəfə aldığı bölgədə vətəndaşlara aid strukturlara ciddi ziyanlar dəyib.
 
Hücumda ölən və yaralananların olmadığı qeyd olunub.

 

Google+ WhatsApp ok.ru