Həzrət Zəhranın (s.ə) şəhadətinə həsr edilmiş matəm gecəsi - FOTO

Həzrət Zəhranın (s.ə) şəhadətinə həsr edilmiş matəm gecəsi - FOTO

  
Ali Rəhbər Ayətullah Xamenei, bir qrup hökumət rəsmisi və xalqın müxtəlif təbəqələrindən olan minlərlə insanın iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr edilmiş matəm gecəsi keçirildi.
 
Maide.Az "leader.ir" saytına istinadla xəbər verir ki, mərasimdə çıxış edən Höccətül-İslam vəl-müslimin Rəfii Əhli-beyt (ə) hökumətinin yeddi əsasa: dözümlülük, ülfət, vüqar, sirdaşlıq, insanlarla gözəl davranmaq, səy və çalışmaq prinsiplərinə əsaslandığını dedi və Həzrət Siddiqeyi-Kübranın sevgi və məhbbətinin cilvələrindən danışdı: “Həzrət Fatimeyi-Zəhra (s.ə) ilahi razılığın cilvə və təzahürüdür və o böyük xanımın razılığı Allah-taalanın razılığına səbəb olur”.
 
Höccətül-İslam vəl-müslimin Rəfii habelə Quranın ən mühüm mesajlarından birinin Allaha ümid və məyusluqdan qorunmaq olduğunu dedi: “Ümid İslam cəmiyyətinin hərəkət istiqamətini göstərən kompasdır. İnsanlara ümidsizlik aşılamaq şeytan işidir”.
 
Mərasimdə cənab Meysəm Mütii Həzrət Fatimənin (s.ə) başına gələn müsibətlərdən danışıb növhə oxudu.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru