Həzrət Zəhranın (s.ə) şəhadətinə həsr edilmiş matəm axşamı - FOTO 30 Yanvar 2020 09:18 İslam lideri Ali Rəhbər Ayətullah Xamenei, bir qrup hökumət rəsmisi və xalqın müxtəlif təbəqələrindən olan minlərlə insanın iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət axşamına həsr edilmiş matəm mərasimi keçirildi. Maide.Az "leader.ir" saytına istinadla xəbər verir ki, mərasimdə çıxış edən Höccətül-İslam vəl-müslimin Ali mömin üçün ən mühüm və ən ağır imtahanın çətin şəraitdə Allahın vəlisinə tabeçilik imtahnı olduğunu dedi: “Bu imtahanda uğur qazanmağın şərti nəfsin istəklərinə yox demək, şeytanın təlqinlərinə qarşı mübarizə, vilayətmərkəzlilik, yəni Allahın vəlisinin qərarı və rəyinin insanın öz rəy və istəyindən üstün tutmasıdır”. Höccətül-İslam Ali qeyd etdi ki, İslam İnqilabı İran cəmiyyətinin vilayətmərkəzliliyini yüksəldən amildir: “İnqilabdan əvvələ qədər Əhli-beytə (ə) sevgi bildirmək və dini maarif fərdi səciyyə daşıyırdı. Ancaq İmam Xomeyninin (r.ə) hərəkatı ictimai vilayətin yaranmasına səbəb oldu”. Mərasimdə cənab Mehdi Sələhşur Xanım Zəhranın (s.ə) müsibətlərindən danışıb növhə oxudu. Teqlər : #Həzrət,#Zəhranın,#(s.ə),#şəhadətinə,#həsr,#edilmiş,#matəm,#axşamı,#FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xamenei - Əlinin Zəhrası (sə) - VİDEO ABŞ-ın Fələstinlə bağlı ‘sülh planı’ müqaviləsi gerçəkləşməyəcək
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB