HƏMAS İsrail hücumlarına cavab atəşi açdı - Video

HƏMAS İsrail hücumlarına cavab atəşi açdı - Video

Ötən gecə HƏMAS İsrail rejiminin işğalında olan Sderot şəhərinə 3 raket atıb.

Bu barədə İsrail mətbuatı məlumat verib.

Məlumata əsasən, HƏMAS-ın endirdiyi raket zərbələrindən 2-si hava hücumundan müdafiə sistemi olan “Dəmir Qübbə” tərəfindən vurulub, bir raket isə yerə düşüb.

HƏMAS-ın raket zərbələri nəticəsində sığınacağa qaçan 2 yəhudi miqrantın yaralandığı bildirilir.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp yanvarın 28-də Fələstin – İsrail münaqişəsinin həlli üçün “Əsrin sazişini” elan edib.

Bundan sonra Fələstin başda olmaqla bir sıra ölkələrdə bu layihəyə qarşı etirazlar başlayıb. İordan çayının qərb sahilində fələstinlilərlə İsrail qüvvələri arasında toqquşmalar başlayıb. /eastnews.org/

Google+ WhatsApp ok.ru