Hələbin yaxınlığında terrorçulara məxsus yeraltı şəhər aşkar edilib - VİDEO

Hələbin yaxınlığında terrorçulara məxsus yeraltı şəhər aşkar edilib - VİDEO

Suriya ordusu Hələbdən 20 kilometr aralıdakı qayalarda terroçulara məxsus yeraltı şəhər tapıb. Bu barədə REN TV xəbər verib. 
 
Məlumatda bildirilir ki, burada terrorçular su, elektrik enerjisi və internet çekiblər. Nəhəng yeraltı şəhərdə böyük arsenal da mövcuddur. İçindəki tavanların hündürlüyü 10 metrdən artıq olduğundan buraya tankla belə rahat şəkildə girmək mümkündür. 
 
"Bu çox mürəkkəb bir mühəndislik kompleksidir. Şəhəri terroçular özləri tikə bilməzlər. Biz ehtimal veririk ki, tunel sistemi xarici mütəxəssislər tərəfindən hazırlanıb", - Suriya ordusunun polkovniki Rami Mavuas bildirib. 
 
Terrorçular yeraltı şəhəri bir neçə il təchiz ediblər.  
 
"Gördüyünüz qutularda fabrik istehsalı olan trotildır. Hər qutu 90 kiloqrama yaxındır. Etiketlənmə ingilis dilindədir", - polkovnik vurğulayıb. 
 
Terrorçular zirehli maşınlar üçün yeraltı təmir bazasına, döyüş sursatı zavodu, xəstəxana və kazarmaya sahib olublar.
 
Burada gördüyünüz bütün döyüş sursatları Türkiyə sərhədindən keçirilib.
 
Ankara artıq terrorçuları dəstəklədiyini gizlətmir. Hətta piyada döyüş maşınları da onlara təhvil verir. Onlar əla işlək vəziyyətdədir. Tank əleyhinə raketlər ABŞ-dan gəlib. Həmçinin burada fransız radio stansiyaları, İtalyan qaz maskaları və ərəb ölkələrindən qoruyucu vasitələr də mövcuddur. /faktxeber /
 

Google+ WhatsApp ok.ru