Hər səhər işdə əsnəməmək üçün axşamlar bunlardan imtina edin

Hər səhər işdə əsnəməmək üçün axşamlar bunlardan imtina edin

Almaniyalı dietoloq Haydrun Şubert faydalı, amma sağlam yuxuya maneçilik törədən qidaları açıqlayıb.
 
Sputnik Azərbaycan bildirir ki, bu barədə Focus yazıb.
 
Dietoloq deyir ki, yatmazdan əvvəl çiy tərəvəz və salat yemək yaxşı deyil. Onları həzm etmək üçün həzm orqanları tam qüvvəsi ilə işə düşür, buna görə orqanizm dərin yuxu fazasına keçə bilmir.
 
Tünd şokolad da yuxunu qaçırmağa qadirdir. Onun tərkibindəki fitokimyəvi teobromin kofein effektinə malikdir. Çili və zəncəfil maddələr mübadiləsini sürətləndirir və hərarəti qaldırır, bu səbəbdən də orqanizm oyaq qalmağa məcbur olur.
 
Yuxu problemi olanlara kofein tərkibli içkilər - çay, qəhvə, energetik içkilər - məsləhət deyil. Kofein əsəb sistemini stimullaşdırır, qan təzyiqini artırır. Şubert deyir ki, biyan bitkisindən də imtina etmək gərəkdir.  Onun tərkibində qlisirrizin turşusu var. Bu maddə təzyiqi qaldırır, həmçinin su-duz balansına təsir edir, bu səbəbdən yuxusuzluq əmələ gətirə bilər.
 
Ekspert yuxusuzluqdan əziyyət çəkənlərə axşam 20:00-dan, hətta 18:00-dan sonra qida qəbul etməməyi məsləhət görür, belədə orqanizm istirahətə köklənmək üçün vaxt qazanır.
 
 

Google+ WhatsApp ok.ru