Hələb-Dəməşq yolu sərnişinlərin istifadəsinə verilib - VİDEO

Hələb-Dəməşq yolu sərnişinlərin istifadəsinə verilib - VİDEO

Radikal qruplaşmalardan azad edildikdən sonra Hələb-Dəməşq beynəlxalq yolu sərnişinlərin istifadəsinə verilib.
 
İdlib əyalətində atəşkəs anlaşmasının əldə edilməsindən sonra beynəlxaq Hələb-Dəməşq yolu mülki avtomobillərin və sərnişinlərin istifadəsinə verilib.
 
Qeyd edək ki, M5 adlanan bu strateji yol son iki ayda Suriya Ordusunun ölkənin şimalında radikal qruplaşmalara qarşı apardığı hərbi əməliyyatlar çərçivəsində azad edilib.
 
Ötən həftə Moskvada Putinlə Ərdoğanın İdlibdə atəşkəslə bağlı razılaşmasından sonra strateji yol sakinlərin istifadəsinə verilib. /SalamNews

Google+ WhatsApp ok.ru