Həzrət Abbasın (ə) hərəminin ‘Əlyazma Nüsxələrin Bərpa Mərkəzi’ qədim Quran nüsxəsini bərpa etdi  - FOTO

Həzrət Abbasın (ə) hərəminin ‘Əlyazma Nüsxələrin Bərpa Mərkəzi’ qədim Quran nüsxəsini bərpa etdi - FOTO

Həzrət Əbülfəzl Abbasın (ə) müqəddəs hərəminin nəzdində fəaliyyət göstərən "Əlyazma Nüsxələrin Bərpası Mərkəzi"  altıncı əsrə aid olan Quran nüsxəsini təmir və bərpa edib. 
 
Maide.Az İQNA-a istinadla xəbər verir ki,  "Əlyazma Nüsxələrin Bərpası Mərkəzi"nin direktoru Leys Lütfi bildirib ki, bu nüsxə hicri - qəməri tarixi ilə altıncı əsrinin sonlarında yazılıb. "Qədim xətt ilə kitabət edilmiş nüsxədə surələrin adları zəfəran və ayələr qara mürəkkəblə yazılıb. Səhifələrin kənarları gül şəkilləri ilə bəzədilib. 
 
O əlavə edib ki, Quran nüsxəsinin bərpası zamanı öncə vərəqlərin cırılması, müshəfin üz qabığında nöqsanın olmaması halları dəqiq yoxlanılır, sonra nüsxənin bərpasına başlanılır. "Xarab olmuş səhifələr yüksək keyfiyyətli kağız və təbii yapışdırıcılarla yapışdırılır. Sonra vərəqlər pambıq saplarla bir-birinə tikilir. Sonda isə təbii dəridən hazırlnnamış üz qabığı nüsxənin üzünə çəkiilir.
 
L.Lütfi deyib ki, bu  Quran  bərpa edildikdən sonra Həzrət Abbas (ə) hərəminin kitabxamasında dəmir seyfdə yerləşdirilib.
 
Onun sözlərinə görə, bu nadir Quran nüsxəsinin ekektron nüsxəsi də hazırlanıb.
 
 
 
 
 

Google+ WhatsApp ok.ru