Həşdi-Şabi: Amerika geri çəkilərkən terrorçuları səfərbər edir

Həşdi-Şabi: Amerika geri çəkilərkən terrorçuları səfərbər edir

"Qüds" Briqadasının komandiri generalı, Qasim Süleymani və Həşdi-Şabi komandiri Əbu Mehdi Mühəndisinin şəhidliyindən sonra ABŞ qüvvələri İraqdan çəkilməyə başlayıb. 
 
Maide.Az xəbər verir ki, bunu İraqın Həşdi-Şabi Briqadasının mətbuat katibi Mihnəd Aqaba "əl-Meyadin" televiziya kanalına verdiyi müsahibədə deyib. 
 
"Onların şəhadətindən sonra Amerika böyük zərər hiss edir. ABŞ qüvvələri istəklərinin əksinə olaraq, İraqdakı bəzi hərbi bazalardan çəkilməyə başlayıb. Şəhid Əbu Mehdi Mühəndis müqavimət adı ilə bütün döyüşçülər üçün bir yol göstərdi. O, 6 ildir İŞİD terror təşkilatına qarşı davam edən müharibədə bütün cəbhələrdə iştirak etdi. Bir çox əməliyyatlara birbaşa nəzarət edirdi. Həşdi-Şabi döyüşçüləri olaraq şəhid Süleymani və Mühəndisin ruhlarından ilham alırıq. Şəhid Süleymani və Mühəndisi ABŞ və oxşarlarının ortada olmadıqları bir vaxtda terrorizmə və İŞİD terror təşkilatına qarşı cəsarətlə vuruşdular. Bu gün ABŞ qüvvələri geri çəkilir, ancaq görünür, terrorçu qruplara İraqda səfərbər olmağı əmr edir”, - deyə Mihnəd Aqaba çıxışında bildirib.
 

Google+ WhatsApp ok.ru