Həmas: Netanyahu-Hantz ittifaqı bizi qorxutmur

Həmas: Netanyahu-Hantz ittifaqı bizi qorxutmur

Həmasın sözçüsü Fevzi Bərhum yazılı açıqlamasında "Binyamin Netanyahu və Benny Hantzın quracaqları hökumətin Fələstin xalqının hüquqlarını tapdalamaq, torpaqlarını ilhaq etmək və yəhudi dövləti qurmaq yönündəki radikal gündəliyindən qorxmuruq", - deyə bildirib.
 
Maide.Az xəbər verir ki, İsraildə qurulan yeni "blok"un bütün fələstinliləri "işğala qarşı müqavimət və Fələstin xalqının hüquqlarının müdafiəsi" əsasında milli strategiya hazırlamağa sövq etdiyini vurğulayan Bərhum, İsraillə barışıq imzalamağın "xəyalları satmaq" olduğunu deyib.
 
Dünən İsrail mətbuatı, rejimin baş naziri Binyamin Netanyahu və parlament spikeri Hantz arasında "fövqəladə birlik hökuməti"nin yaradılması barədə razılığa gəldiklərini yazıb.
 
Rejimin baş naziri Netanyahu və Mavi-Ağ Alyans lideri Benni Hantz birlik hökuməti danışıqları çərçivəsində iyul ayında İordan vadisi və Qərb Sahilinin ilhaq edilməsi mövzusunda razılığa gəliblər.

Google+ WhatsApp ok.ru