Hərbi Dəniz Qüvvələrində taktiki təlim başlayıb 27 Aprel 2020 13:17 Hərb Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrində taktiki təlim başlayıb. Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd Xəzər dənizinin əməliyyat zonasında enerji infrastrukturunun mühafizəsi, gəmi taktiki qruplarının qarşılıqlı fəaliyyətdə döyüş əməliyyatlarının planlaşdırılması və aparılması, həmçinin komandirlər, qərargahlar və şəxsi heyətin bacarıqlarının təkmilləşdirilməsidir. Üç mərhələdə baş tutacaq təlimə 20-dən artıq gəmi və kater, 2 helikopter, o cümlədən 700 nəfərədək şəxsi heyət cəlb olunub. Teqlər : #Hərbi,#Dəniz,#Qüvvələrində,#taktiki,#təlim,#başlayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Tank heyətlərinin döyüş hazırlığı yoxlanılır Hava Hücumundan Müdafiə bölmələrinin məşqləri başlayıb
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'