Həmas: 'Hərəmi İbrahim'ə lift inşa edilməsi Qərb Sahilindəki müqəddəsliyi təhdid edir 05 May 2020 11:49 Fələstin Həmas Hərəkatı Əl-Xəlil şəhərindəki "Hərəmi İbrahim" məscidinə böyük bir lift inşa edilməsini nəzərdə tutan layihənin Qərb Sahilindəki müqəddəsliyi təhdid etdiyini açıqlayıb. Maide.Az xəbər verir ki, Həmas sözçüsü Əbdüllətif əl-Kanu verdiyi yazılı açıqlamada bildirib ki, sionist rejim Qərb Sahilindəki müqəddəs məkanların görünüşünü dəyişdirməyə çalışır. Sözügedən layihənin dünyanın diqqətini yeni tip koronavirusla (Kovid-19) mübarizəyə yönəltdiyi bir vaxtda gündəmə gəldiyini bildirən Kani, İsrail rejiminin də belə bir dövrdə işğal altındakı Qərbi Sahilində "Əsrin Müqaviləsi" planını həyata keçirmək üçün çalışdığını qeyd edib. İsrailin "Kanal 7" televiziyası xəbər verir ki,işğalçı İsrail rejiminin Müdafiə naziri Nafta Bennett 3 may tarixində "Hərəmi İbrahim"in rekonstruksiyası layihəsi çərçivəsində buradakı vəqf ərazilərinin müsadirə edilməsi layihəsini yekun olaraq qəbul etmişdi. Layihə "Hərəmi İbrahim"dən əlil yəhudi ziyarətçilər üçün ayrı bir yol açılması və lift inşa edilməsi üçün əl-Xəlildəki Fələstin torpaqlarının ələ keçirilməsini nəzərdə tutur. İsrail rejiminin baş prokuroru Aviçai Mandelblit də 21 apreldə əl-Xəlildəki "Hərəmi İbrahim"ə aid vəqf ərazilərini "inkişaf etdirmək və genişləndirmək layihəsi" səbəbilə "yəhudiləşdirmə" və "yəhudi yaşayış məntəqəsi inşası" planı çərçivəsində müsadirə qərarını qəbul etmişdi. Məscidi-Əqsadan sonra ən müqəddəs dördüncü məkan İşğal altındakı Qüds şəhərində yerləşən Məscidi-Əqsanın ətrafı kimi qəbul edilən əl-Xəlil şəhərindəki "Hərəmi İbrahim" Məkkədəki Məscidi-Həram ilə Mədinədəki Məscidi-Peyğəmbər və Məscidi-Əqsadan sonra ən müqəddəs dördüncü məscid hesab edilir. Məscidin altında yerləşən Həzrəti İbrahim (ə) və həyat yoldaşı Həzrəti Saranın (s.ə) qəbirləri ilə bərabər Həzrəti İshaq (ə), Həzrəti Yaqub (ə), Həzrəti Yusif (ə) və həyat yoldaşlarının məzarlarının olduğu güman edilən mağara, İsrail tərəfindən "Əcdad Atalar (Maçpelah)" adlandırılır. "Hərəmi İbrahim" bu səbəbdən tez-tez fanatik yəhudilərin basqınlarına məruz qalır. Həzrəti İshaq (ə) və həyat yoldaşının olduğu qəbirlər müsəlmanlara ayrılan hissədə qalır, digərləri isə yəhudilərə ayrılan və sinaqoqa çevrilən hissələrdədir. İsrail rejiminin 1967-ci ildən bəri işğal altında saxladığı Qərb Sahilinin Əl-Xəlil şəhərində yerləşən məscid, 25 fevral 1994-cü ildə səhər namazı qılan müsəlmanlara atəş açan Baruç Qoldşteyn adlı yəhudi fanatikin terrorundan sonra bağlanmış və yenidən açılanda isə yarısından çoxu yəhudilərə verilmiş şəkildə ikiyə bölünmüşdü. Tarixə "Əl-Xəlil məscidi (Hərəmi İbrahim) qətliamı" olaraq düşən hücumda 29 fələstinli şəhid olmuş, 150-dən çox insan da yaralanmışdı. Teqlər : #Həmas:,#'Hərəmi,#İbrahim'ə,#lift,#inşa,#edilməsi,#Qərb,#Sahilindəki,#müqəddəsliyi,#təhdid,#edir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Fələstində fövqəladə vəziyyət və karantin müddəti iyunun 5-ə qədər uzadılıb Qəzzada tibbi ləvazimat çatışmazlığı səhiyyə sektorunu təhdid edir Fələstin 5 beynəlxalq təşkilat Qəzzada humanitar fəlakət xəbərdarlığı verdi Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb Qəzzada 1,4 milyon insan evlərindən didərgin düşüb Sionist rejimin Əqsa məscidinin altındakı qazıntıları tunellərin çökməsinə səbəb ola bilər Sionist rejimlə münasibətləri adiləşdirən altı ərəb ölkəsinin ilk açıq toplantısı BƏƏ-də keçirilib Tanınmış yazıçı İsrail rejimini belə baykot etdi Fələstində FİFA prezidentinə etiraz etdilər – Buna görə Sionist İsrail rejimi işğal olunmuş Qolan təpələrində 7000 mənzil tikməyi planlaşdırır Sionist rejim daha bir ərəb ölkəsi ilə münasibətləri adiləşdirməyə çalışır İsrail rejimi 2194 Fələstinli uşağı qətlə yetirib Həmas: Lapidin Bəhreynə səfəri xəyanətdir ABŞ işğalçı İsrail rejiminin raket sistemləri üçün 1 milyard dollar ayırır Fələstinlilərin təqribən 80 faizi Mahmud Abbasın istefasını istəyir Səbra və Şətila cinayətinin ildönümü: 39 il keçdi Fələstinlilərlə sionistlər arasında yeni qarşıdurmalar HƏMAS: Mahmud Abbasın Cantzla görüşü Fələstin xalqının kürəyinə xəncər kimi saplandı Mançesterdə Qəzza xalqına dəstək aksiyası keçirilib - FOTO Fələstinli uşaqlar aksiya keçirdilər Misir Qəzza sektoru ilə sərhəd-keçid məntəqəsini bağlayıb UNRWA: 30 mindən çox fələstinli qaçqının həyatı təhlükədədi UNRWA: 30 mindən çox fələstinli qaçqının həyatı təhlükədədi Sionist əsgərlər Əl-Mənar televiziyasının müxbirinə hücum etdi (VİDEO) Cenin düşərgəsində dörd fələstinli İsrail qüvvələri ilə atışmada şəhid olub BMT işğalçı İsrailin cinayətləri barədə xəbərdarlıq edir ABŞ Kəşfiyyat İdarəsinin rəhbəri işğalçı İsrail rejimin baş naziri ilə görüşüb İbrahim məscidinə görə UNESCO-ya çağırış edildi Sionist rejimi fələstinlilərə qarşı qadağan olunmuş silahlardan istifadə edir HƏMAS Səudiyyə Ərəbistanında həbs edilmiş onlarla fələstinlinin azad edilməsini istəyib Pakistan Senatının Sədri: Heç vaxt işğalçı İsrail rejimini rəsmiyyətə tanımayacağıq Namibiya işğalçı İsrail rejiminin Afrika İttifaqına qoşulmasına etiraz etdi Sionist rejim hərbiçiləri HƏMAS-ın iki liderinin evinə basqın edib HƏMAS xarici ölkə səfirlərini Qəzzaya dəvət etdi İşğalçı İsrail polisi etiraz edən fələstinlilərə hücum edib; azı 75 fələstinli xəsarət alıb - FOTO Sionist rejim 45 fələstinli tələbəni həbs edib BƏƏ-nin Tel-Əvivdə səfirliyi açılıb Sionizm əleyhinə olan yəhudilər Konqres binası qarşısında aksiya keçirib- FOTO HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib Fələstinli qaçqınların öz torpaqlarına qayıtmaq hüququndan heç vaxt geri çəkilməyəcəyik Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar İşğalçı İsrail rejim qüvvələri Qəzza zolağını bombalayıb Banqladeş İsraili tanımayacağını vurğuladı
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar