Həmas: Məhkumların bank hesablarının dondurulması təhlükəli işdir

Həmas: Məhkumların bank hesablarının dondurulması təhlükəli işdir

Qəzzadakı Həmas Hərəkatı bir çox Fələstin milli bankının İsrail rejimi həbsxanalarında fələstinli məhbusların bank hesablarının dondurulmasını "İsrailin diktəsinə müsbət cavab" olaraq xarakterizə edib.

 
Maide.Az xəbər verir ki, yazılı açıqlamada Həmas sözçüsü Fevzi Bərhum hadisəni "xalqımızın övladlarına qarşı mənəvi və dəyərlərindən təhlükəli dönmə" ifadələri ilə qiymətləndirib.
 
"Banklar başlarının üstünə qaldırılmış bir qılınc deyil məhbuslara yardım edən, gələcəklərini məhv edən deyil məhbus uşaqlarına ləyaqətli həyat şəraiti yaratmalıdırlar", - deyə Bərhum bildirib.
 
Bərhum bu hüququn qorunmasında öz üzərinə düşən vəzifəni yerinə yetirmək üçün milli bankları İsrailin siyasət və qərarlarına tabe olmamağa çağırıb.
 
Bəzi keçmiş məhkumlar bu yaxınlarda Fələstin bankları ilə əlaqə qurduqlarını və bank hesablarının bağlandıqları barədə xəbərdarlıq aldıqlarını bildiriblər.
 

Google+ WhatsApp ok.ru