Həftə sonu güclü şimal-qərb küləyi əsəcək - XƏBƏRDARLIQ

Həftə sonu güclü şimal-qərb küləyi əsəcək - XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərdarlıq yayıb.
 
Maide.Az bildirir ki, Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, mayın 30-u gündüzdən 31-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, 30-da yarımadanın bəzi yerlərində arabir 28-33 m/s-dək güclənəcək.
 
Mayın 30-31-də Azərbaycanın dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək.
 

Google+ WhatsApp ok.ru