Həftəsonu havanın temperaturu 5-7 dərəcə aşağı enəcək

Həftəsonu havanın temperaturu 5-7 dərəcə aşağı enəcək

Həftə ərzində gözlənilən hava şəraiti  açıqlanıb. 
 
Maide.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında həftənin  birinci yarısında mülayim cənub küləyinin sürəti 5-10 m/s, arabir 12-15 m/s olacaq. Havanın temperaturu  31-36 dərəcə isti təşkil edəcək. Həftənin sonunda isə hava şəraitinin qeyri-sabit keçəcəyi, iyunun 25-i gündüzdən 27-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Havanın temperaturu  tədricən 5-7 dərəcə aşağı enəcək,  24-26 dərəcə isti olacaq.  
 
22-25 iyunda Azərbaycanın bəzi şimal və qərb rayonlarında, həftə sonunda isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi arabir 15-20 m/s, iyunun 25-27-də isə ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu  35-39, iyunun 26-27-də ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək, 28-33 dərəcə isti olacaq.
 

Google+ WhatsApp ok.ru