Həsən Diyab: ‘Livanı vuran fəlakət ölkəni bürüyən korrupsiyanın nəticəsidir’

Həsən Diyab: ‘Livanı vuran fəlakət ölkəni bürüyən korrupsiyanın nəticəsidir’

Livanın istefa vermiş baş naziri Həsən Diyab paytaxt Beyrutda baş verən partlayışdan sonra hökumətin istefasını təqdim etdiyini açıqlayıb.
 
Maide.Az "deyerler.org"a istinadən xəbər verir ki, Həsən Diyab Nazirlər Kabinetinin iclasından sonra, Baş Nazirlik binasında təşkil edilən mətbuat konfransında istefa etdiyini açıqlayıb: “Livanın başına gələn fəlakət ölkəni və dövləti bürüyən dəhşətli korrupsiyanın nəticəsidir. Bu korrupsiya sistemi dövlətin özündən daha böyükdür. Bu vəziyyət dövləti iflic edir. Dövlət korrupsiyaya qarşı mübarizə apara bilmir”.
 
Ölkədəki siyasi qüvvələrə reaksiya verən və ölkəni qoruyan qüvvələri birlikdə işləməyə çağıran Diyab, belə davam edib: “Bu fəlakət dövlət idarəçiliyindəki xroniki korrupsiyanın nəticəsidir. Əvvəllər də dediyim ki, korrupsiya dövlətin bütün səviyyələrində mövcuddur. Ölkənin başına gələn fəlakətlər hakim siniflərdən qaynaqlanır”.
 
İqtisadi böhrana qarşı ötən ilin oktyabrında başlayan xalq etirazlarına da diqqət yönəldən H.Diyab, belə danışıb: “İnqilab (etiraz aksiyaları) onların əleyhinə idi, amma bunu dərk etmədilər və bildiklərini oxumağa davam etdilər. Hökumətimiz ölkəni xilas etməyə çalışarkən, dağılmanın məsuliyyətini üzərimizə atmağa çalışdılar. Hökumət vəziyyəti düzəltməyə çalışdı, amma uğursuz oldu”.
 
H.Diyab heç bir şəxsi maraqlar güdmədən ölkəni xilas etmək üçün səy göstərdiklərini deyərək, sözlərini belə davam etdirib: “Bu gün bütün çatışmazlıqlarla ölkəni vuran bu zəlzələnin yaşandığı mərhələyə gəlmişik. Yeganə narahatlığımız bu fəlakətin yubadılmadan istintaqını aparmaqdır. İnsanları tələbi olan hesabatlılıq və həqiqi dəyişiklik ilə vətəndaşın hüquqlarına hörmət edən bir dövlətə müraciət edirik”.
 
Ölkənin bu mərhələsində vətəndaşla birlikdə dəyişiklik hərəkatında iştirak etmək üçün bir addım geri gedəcəklərini qeyd edən H.Diyab, belə deyib: “Ölkənin qurtuluşu üçün bir qapı açmaq istəyirik, buna görə hökumətin istefasını elan edirəm”.

Google+ WhatsApp ok.ru