Həzrət Əbülfəzl Abbasın (ə) hərəminin təmir və yenilənmədən sonra açılışı oldu - FOTO 13 Avqust 2020 21:05 Dünya Həzrət Əbülfəzl Abbasın (ə) müqəddəs ziyarətgahının Qiblə qapısının daxildən restavrasiya edilməsi, həmçinin Böyük Qızıl Eyvanın divarlarının möhkəmləndirilməsi və yenilənməsi layihəsi başa çatdırıldıqdan sonra açılışı olub. Maide.Az "deyerler.org"a istinadən xəbər verir ki, Qədir Xum bayramı günü təşkil edilən açılış mərasimi Həzrət Əbülfəzl Abbasın (ə) pak hərəminin qəyyumu Ayətullah Əhməd Əl-Safi, müqəddəs ziyarətgahın baş katibi Muhəmməd Əl-Aşikar, onun müavinləri və bir sıra inzibati şura üzvləri və Kərbəla meri Nasif Cassim Əl-Xəttabinin iştirakı ilə edilib. Proqram Qurani-Kərimdən ayələrin tilavəti ilə başlayıb, daha sonra müqəddəs ziyarətgahın dini qəyyumluq idarəsinin başçısı Seyid Adnan Əl-Musavi bu iki uğurlu layihə haqqında danışıb. Bundan sonra birinci layihə, yəni Bab Əl-Qiblənin açılışı edilib, Həzrəti Abbasın (ə) müqəddəs türbəsini içəridən və İslam naxışları və motivləri ilə bəzəyən ikinci layihə, yəni Böyük Qızıl Eyvanın açılışı olub. Müqəddəs ziyarətgahın mühəndislik layihələri şöbəsinin müdiri mühəndis Məcid Əl-Saiq belə bir açıqlama verib: “Bu iki layihənin və indiki şərtlər daxilində işlərin tamamlanması İraq səlahiyyətlərinin bu cür layihələri həyata keçirmə qabiliyyətini təsdiq etdi. Bunların hər ikisində qədim irsin orijinallığı qorunub saxlanıldı və müasirlik əlavə edildi” Teqlər : #Həzrət,#Əbülfəzl,#Abbasın,#(ə),#hərəminin,#təmir,#və,#yenilənmədən,#sonra,#açılışı,#oldu,#FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Xristian qız müsəlman dostu üçün həcc ziyarəti qazandı Belarus: Etirazçılara alimlərdən, musiqiçilərdən və hətta polislərdən həmrəylik
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO