HƏMAS Qəzza zolağından helium qazı ilə şişmiş şarları göndərməyi dayandırmaq üçün şərtini açıqladı

HƏMAS Qəzza zolağından helium qazı ilə şişmiş şarları göndərməyi dayandırmaq üçün şərtini açıqladı

HƏMAS  Qəzza zolağından Fələstinin İsrail rejimi tərəfindən işğal olunmuş  ərazisinə helium qazı ilə şişmiş şarları göndərməyi  dayandırmaq üçün şərtini açıqlayıb.  
 
Maide.Az “samanews”a istinadla xəbər verir ki,  Misrin Təhlükəsizlik Qüvvələrindən ibarət nümayəndə heyəti ötən gün  Ramallah və Qəzzaya səfər edib, Fələstin və Həmas rəsmiləri ilə  görüşüb. 
 
Məlumata görə,  Misrili nümayəndə heyəti  Həmas rəsmiləri ilə  görüşdə  Fələstinin İsrail rejimi tərəfindən işğal olunmuş  ərazisinə helium qazı ilə şişmiş şarları göndərməyi dayandırmağı müzakirə edib. 
 
Görüşdə  Həmas helium qazı ilə şişmiş şarları Fələstinin İsrail rejimi tərəfindən işğal olunmuş  ərazisinə göndərilməsini dayandırmaq üçün bir neçə şərt irəli sürüb.
Həmin şərtlər bunlardır: 
 
Qəzza mühasirəsinin dayandırılması,  fələstinli balıqçıların balıq ovu məsafəsini 20 mil-ə qədər artırılması, “Kərəm Əbu Salem” keçidinin açılması və 24 saat fəaliyyət göstərməsi, eləcə də  Qəzzada qaz və elektrik infrastrukturu ilə bağlı götürülən öhdəliklərin yerinə yetirilməsi. 
 
Bundan başqa  Həmas işğalçı rejimin  Qəzzaya idxalat və ixaracat üçün lazimi lisenziyaların verilməsi,  fələstinli işçilər üçün Qəzzaya  giriş-çıxış icazəsinin 100 min nəfər üçün təmin olunması və s. şərtləri irəli sürüb. 
 
Qeyd edək ki, sionist rejimi  bundan öncə  Qəzza zolağı ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün bir həftə öncədən fələstinli gənclər Qəzza zolağı ətrafındakı yəhudi yaşayış məntəqələrinə helium qazı ilə şişmiş uçurumalar və şarları göndərir və bu bölgədə yanğınlara səbəb olur.  Qəzzadan gəldiyi deyilən yanan uçurtma və şarlarla mübarizə yolunu tapa bilməyən işğalçı İsrail rejimi Misri vaistəçi olaraq Həmasla müzakirəyə göndərib. 
 
Xatırladaq ki, ötən həftənin çərşənbə günündən bəri işğalçı İsrail ordusu Qəzzada bəzi mövqeləri bombalayır. 
 
Qəzza zolağına hücum edən İsrail rejimi, avqustun 13-də Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Kömək Təşkilatına (UNRWA) məxsus bir məktəbi bombalayıb. 
 
Avqustun 12-də isə  işğalçı İsrail rejimi , blokada saxlanılan Qəzza zolağından göndərilən yanan şarları bəhanə edərək fələstinli balıqçıların balıq ovu məsafəsini 15 mil-dən 8 mil-ə qədər azaltıb. İşğalçı rejim həmçinin Qəzzaya  yanacağın daxil olmasını qadağan edib. 
 
 

Google+ WhatsApp ok.ru