HƏMAS İsrailə xəbərdarlıq etdi

HƏMAS İsrailə xəbərdarlıq etdi

Fələstinin HƏMAS müqavimət hərəkatı İsrail rejimini hərbi gərginliyi artırmaqdan çəkinməyə çağıraraq, xəbərdarlıq edib. 
 
 Bu barədə HƏMAS-ın açıqlamasında bildirilib.
 
   “İşğalçı qüvvələr xalqımıza qarşı və ya müqavimət mövqələrinə hər cür təcavüzün əvəzini ödəyəcək”, - deyə məlumatda bildirilir.   
 
HƏMAS İsrail rejiminin təcavüzünün davam edəcəyi təqdirdə cavab addımlarını gücləndirəcəklərini qeyd edib.   
 
Xatırladaq ki, ötən gün Qəzza zolağından işğal edilən Fələstin ərazilərinə 15 raket atılıb. İsrail rejimi buna cavab olaraq Qəzzanı bombardman edib.   
 
Qeyd edək ki, İsrail rejimi mütəmadi olaraq Qəzza zolağını müxtəlif bəhanələrlə bombardman edir.  

Google+ WhatsApp ok.ru