HƏMAS lideri Bəhreyn və BƏƏ-yə xəbərdarlıq etdi

HƏMAS lideri Bəhreyn və BƏƏ-yə xəbərdarlıq etdi

Uzun illərdi Fələstin torpaqlarını qəsb edən işğalçı İsrail rejimi ilə diplomatik münasibətlər yaradan iki ərəb ölkəsi Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri yenidən tənqid olunub.

 
Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun sədri İsmayıl Haniyə sözügedən ölkələrin tarixin qaranlıq səhifələrinə adlarını yazdırdıqlarını xatırladıb.  
 
İsmayıl Haniyə vurğulayıb ki, Fələstin xalqı bu dövlətlərin xəyanətini heç vaxt bağışlamayacaq.  
 
"Onlar da İsrail rejimi ilə birgə cəzalandırılacaqlar. Xalqımızın qəzəbi heç vaxt soyumayacaq", - deyə İsmayıl Haniyə qeyd edib.
 

Google+ WhatsApp ok.ru