Həmas: İşğalçı İsrail rejimi  atəşkəs şərtlərinə əməl etmir

Həmas: İşğalçı İsrail rejimi atəşkəs şərtlərinə əməl etmir

Sionist rejim ilə atəşkəs razılaşması bitmək üzrədir, lakin Təl-Əviv rejimi yenə də Qəzza zolağının mühasirəsini davam etdirməkdə israrlıdır.
 
Maide.Az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Fələstin HƏMAS hərəkatı Siyasi Bürosunun üzvü Xəlil Haya bu barədə Əl-Əqsa telekanalına bildirib.
 
X. Haya İsrail rejimi ilə sonuncu atəşkəsin başa çatdığını və HƏMAS-ın bundan artıq gözləməyəcəyini söyləyib.
 
O Həmasın işğalçı rejimlə 2 aylıq atəşkəs razılaşmasının şərtlərinə görə, Qəzzada yaşayış şərtlərinin yaxşılaşdırılması şərt kimi irəli sürülmüşdü. Bu əvvəlki razılaşmalarda da mövcud idi. 
 
X.Haya qeyd edib ki, sionist rejim  müqavilələri yerinə yetirməkdən imtina edərsə, HƏMAS  helyum balonlarını yenidən işğal olunmuş ərazilərə göndərməyə və ya Təl-Əvivə başqa yollarla təzyiq göstərəcək.  

Google+ WhatsApp ok.ru