HƏMAS: `Əbu-Dabi və Təl-Əviv vizaları ləğv etməklə Mossad casusluğunu artırır`

HƏMAS: `Əbu-Dabi və Təl-Əviv vizaları ləğv etməklə Mossad casusluğunu artırır`

Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) BƏƏ ilə Sionist rejimi arasında vizaların ləğv edilməsinə cavab olaraq bu addımın İsrail rejiminin (Mossad) agentlərinin BƏƏ-yə girməsinə imkan verəcəyini söyləyib.
 
HƏMAS bu gün (3 noyabr) BƏƏ ilə sionist rejimi arasında vizanın ləğvi məsələsinə reaksiya verib: “BƏƏ-nin israilliləri viza almaqdan azad etməsi Mossad ünsürlərini daha çox cinayət törətməyə təşviq edəcək. Bu milli təhlükəsizliyi təhdid edir və qonşu ölkələrə qarşı casusluq riskini artırır”.
 
İsrail rejiminin baş naziri Binyamin Netanyahu BƏƏ rəsmilərinin işğal olunmuş Fələstinə ilk rəsmi səfəri zamanı Əbu Dabi və Tel-Əvivin viza qadağasını ləğv etmək barədə razılığa gəldiklərini bildirmişdi. /deyerler.org/
 

Google+ WhatsApp ok.ru