HƏMAS fələstinli əsirlərlə bağlı həyəcan təbili çalır

HƏMAS fələstinli əsirlərlə bağlı həyəcan təbili çalır

Fələstinin HƏMAS hərəkatı işğalçı İsrail rejimi həbsxanalarında olan əsirlərlə bağlı bəyanat yayıb. 

 Bəyanatda vurğulanır ki, işğalçı İsrail rejimi əsirlərə qarşı rəftar edərəkən beynəlxalq qanunlara riayət etmir. 

 "Əsirlərdən çoxu etiraz etdikləri üçün işgəncələrə və təzyiqlərə məruz qalırlar. Onlarla günlərlə ac vəziyyətdə saxlanılırlar", - deyə bəyanatda diqqətə çatdırılıb. 

 Qeyd olunub ki, BMT əsirlərin vəziyyəti ilə maraqlanmalı və sözügedən həbsxanalarada yoxlamalar aparmalıdır.  /eastnews.org/ 

Google+ WhatsApp ok.ru