Həftə sonları restoranlarda yerində xidmət dayandırılır - QADAĞA

Həftə sonları restoranlarda yerində xidmət dayandırılır - QADAĞA

2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək şənbə və bazar günləri kafe və restoranlarda yerində xidmət dayandırılır.
 
Maide.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
 
Məlumatda qeyd edilib ki, 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılır.
 

Google+ WhatsApp ok.ru