Həzrət Zeynəbin (s) müqəddəs məzarı üçün yeni zərih hazırlanacaq -FOTO

Həzrət Zeynəbin (s) müqəddəs məzarı üçün yeni zərih hazırlanacaq -FOTO

Həzrət Zeynəbin (ə) qəbrinin üzərinə yeni zərihi-şərifinin inşası üçün xüsusi dizayn təsdiqlənib.
 
Maide.Az IQNA-a istinadla xəbər verir ki, bunu Həzrət Əbülfəzl Abbasın (ə) müqəddəs ziyarətgahına bağlı Əl-Səqqa fabrikinin rəsmisi Seyid Nazim Əl-Qəribi deyib.  
 
“İşçilərimiz Həzrət Zeynəbin (ə) yeni zərihi-şərifinin inşası üçün lazımi təsdiqləri aldıqdan sonra bu layihə üçün xüsusi dizayn modelləri hazırlamağa başladılar və birdən çox dizyan hazırlandı. Bu dizaynlardan biri təsdiqləndi və icrası gündəmdədir."
 
Həzrət Zeynəbin (ə) hərəminin son dizaynının fərqli bədii və estetik xüsusiyyətlərə sahib olduğunu deyən əl-Qəribi, bunlardan bəzilərinin Həzrət Əbülfəzl Abbasın (ə) hərəmindən ilham alınaraq hazırlandığını bildirib:
 
“Qarşıdakı günlərdə bu modelin və onun nəticələrinin təsvirləri hazırlanaraq, həyata keçiriləcək. Zərih qızıl, gümüş və paslanmayan poladdan hazırlanacaq. Bundan başqa bütün taxta və metal materiallar  üzərində naxışlar dizayna uyğun  həyata keçiriləcək”. 
 

Google+ WhatsApp ok.ru