Həzrət Zeynəbin (s) mövludu münasibətilə vebinar keçiriləcək

Həzrət Zeynəbin (s) mövludu münasibətilə vebinar keçiriləcək

 Həzrət Zeynəbin (s) mübarək mövludu münasibətilə “Zülmdən oyanışa doğru hərəkatçı qadın” adlı "zoom" şəbəkəsi üzərindən dörd günlük virtual dəyirmi masa keçiriləcək.
 
Maide.Az  İQNA-a istinadla xəbər verir ki, vebinar İran İslam Respublikasının "Beynəlxalq Aşura Fondu", Livanın "İmam əl-Müntəzər" müəssisəsi və İmam Rzanın (ə) ziyarətgahının evsahibliyi ilə keçiriləcək. 
 
Vebinar cümə günü Tehran vaxtı ilə saat 8:30-da başlayacaq və dörd gün davam edəcək.
 
Vebinarda müxtəlif ölkələrdən, o cümlədən, İran, İraq,  Suriya, Bəhreyn,  Yəmən, Livan, Misir, Fələstin, Küveyt,  Tunis və digər ölkələrdən din xadimləri, yazarlar, araşdırmaçı alimlər qatılacaq və Həzrət Zeynəbin (s) məqamı haqqında çıxışlar edəcəklər. 
 
Vebinarın son günü isə İmam Rza (ə) hərəminin məddahı Səlah Həddad dini nəğmə (sürud) ifa edəcək. Livanlı və iranlı şairlər şeir oxuyacaq.
 
Vebinar Həzrət Zeynəbin (s) mübarək mövludu günü (20 dekabr - 5 Cəmadiul-əvvəl)  Həzrət Zeynəbin (s) ziyarətnaməsinin oxunması ilə başa çatacaq.

 

Google+ WhatsApp ok.ru