Haaretz: ABŞ zənginləri Sionist İsrail tərəfindən qəsəbə inşasına 220 milyon dollar yardım ediblər

Sionist İsrailin Haaretz qəzeti yazır ki, amerikalılar, o cümlədən ABŞ -da  50-dək qeyri-kommersiya təşkilatı son illər ərzində işğal olunmuş Fələstin ərazilərində qanunsuz yəhudi yaşayış qəsəbələrinin salınması üçün 220 milyon dollaradək vəsait ianə ediblər.
 
Maide.az xəbər verir ki, bu vəsait dövlətin həmin şirkətlər üçün nəzərdə tutduğu vergi güzəştləri hesabına təmin edilib.
 
Məlumata əsasən, bu növ vergi güzəşti o deməkdir ki, dövlət dolayısı ilə və İsrailin qəsəbə salma fəaliyyətinə dəstək qazandırmaq üçün həmin şirkətlərdə stimul yaratmaq məqsədilə, bu şirkətlərə vergi güzəştləri tətbiq edir.
 
Buna baxamayaraq, rəsmi Vaşinqton iddia edir ki, sionistlər tərəfindən qəsəbə inşası işləri fələstinlilərlə sülh prosesinə ciddi maneə törədir.
 
ABŞ dövlət katibi Con Kerri bu yaxınlarda xəbərdarlıq etmişdi ki, İsrailin qəsəbə salmağa davam etməsi və Qərb sahilində apardığı digər siyasəti bu rejimin özünü təhlükəyə sala bilər.
 
O həmçinin Fələstin və İsrail tərəflərini işğal olunmuş ərazilərdə gərginliyi azaltmağa çağırıb./

Google+ WhatsApp ok.ru