Hacı Abgül Süleymanov `kars`-a salınıb

Bu gün 11 il həbsə məhkum edilmiş mübariz ruhani Hacı Abgül Süleymanovun yaxınları onunla görüşə gedib.
Ailəsi Hacı Abgül Süleymanovla görüşə bilməyib. Bu barədə yaxınları İslamazeri.az-a məlumat verib. Hətta onun üçün aparılmış sovqat da qəbul edilməyib. Həbsxananın əməkdaşı Hacı Abgülün ailəsinə bildirib ki, həbsxanada münaqişə yaranıb. Bununla bağlı keçirilən iclasda həbsxananın işçiləri ilə ruhani arasında söz münaqişəsi olub. Bu səbəbdən də ilahiyyatçı cərimə kamerasına salınıb.
Xatırladaq ki, son günlərdə müxtəlif bəhanələrlə Hacı Mövsüm Səmədov və Hacı Tale Bağırov da cərimə kameralarına salınıb, təzyiqlərə məruz qalıblar. /

Google+ WhatsApp ok.ru